İrakli Kobaxidze - "Nasionallar" parlamentə daxil olmaqla bağlı qərarlarını veriblər, çünki gördülər ki, pis və daha pis arasında seçməkdən başqa alternativləri yoxdur
İrakli Kobaxidze - "Nasionallar" parlamentə daxil olmaqla bağlı qərarlarını veriblər, çünki gördülər ki, pis və daha pis arasında seçməkdən başqa alternativləri yoxdur

“Nasionallar” parlamentə daxil olmaqla bağlı qərarlarını veriblər, çünki gördülər ki, pis və daha pis arasında seçməkdən başqa alternativləri yoxdur, – bu barədə bəyanatı “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze “Milli Hərəkatın” regionlarda keçirdiyi görüşləri şərhləndirərkən verdi.

“Bu adi bir siyasi oyundur və biz onu başa düşürük. “Milli Hərəkat! artıq parlamentə daxil olmaq qərarını verib, çünki, pis və daha pis arasında seçim etmətkən başqa alternativləri qalmadı. „Onlar üçün parlamentə daxil olmaq da pisdir, çünki aylardır, parlamentə daxil olmayacaqlarını bəyan edirdilər. Parlamentə daxil olmamaq da pisdir, çünki, o zaman hərşeylərini itirəcəklər. Onlar parlamentə daxil olmağa məcburdular. Digər hərəkətləri isə, sadəcə olaraq, artıq verdikləri qərarın üstünü qapatmaq üçün piar addımlarıdır”, – dedi İrakli Kobaxidze.