İrakli Kobaxidze - Narkosiyasət haqqında müzakirə hərkəslə və həmçinin patriarxlıqla bərabər davam etməlidir
Parlamentin sədri İrakli Kobaxidzenin bəyanatına görə, narkosiyasət haqqında qanunlayihə üzrə müzakirə ictimaiyyətlə və həmçinin, patriarxlıqla bərabər davam etməlidir.
Bu barədə bəyanatı İrakli Kobaxidze Batumidə, jurnalistlərlə söhbət zamanı verdi.
Parlamentin sədrinin dediyinə görə, bu müzakirədə iştirak edən subyektlərin sayı artmalıdır.
Narkotik maddələrinin dekriminalizasiya haqqında anunlayihə ilə bağlı Gürcüstan patriarxlığının müəyyən iradları var.
Narkosiyasətin liberalizasiyası ilə bağlı qanunlayihə parlamentə keçən ilin yaz fəslində təqdim edildi, ancaq onun müzakirəsi payız başladı və səhiyyə komitəsi onu birinci oxunuşla dekabrın 27-də qəbul etdi.
Qanunlayihəyə əsasən, narkotik maddələrdən sadəcə şəxsi istifadə və az miqdarda saxlamaq, vətəndaşları kriminal məsuliyyətdən azad edir.