İrakli Kobaxidze -namizəd statusu ilə bağlı tövsiyələrin icrası prosesində iştirak etməyi hamıya təklif edəcəyik
Namizəd statusu ilə bağlı tövsiyələrin icrası prosesində iştirak etməyi hamıya təklif edəcəyik-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
“Biz, əlbəttə ki, hər kəsə müvafiq proseslərdə iştirak etməyi təklif edəcəyik, hərçənd nikbinlik üçün az səbəbimiz var. Təəssüf ki, yadınızdadır son il yarım ərzində onlar mütəmadi olaraq bu proseslərə qoşulmaqda təmkinli davranıblar. Gəlin görək gələcəkdə bütün bunlar necə olacaq. Biz hər kəsə müvafiq proseslərdə iştirak etməyi təklif edəcəyik” – Kobaxidze açıqlayıb.