İrakli Kobaxidze - müxtəlif ölkələrdə Kezeraşvilinin tərəfdaşları saxlanılıb, ondan başqa hamını saxlayırlar, çünki qlobal müharibə partiyası üçün mühüm işlər görür
İrakli Kobaxidze - müxtəlif ölkələrdə Kezeraşvilinin tərəfdaşları saxlanılıb, ondan başqa hamını saxlayırlar, çünki qlobal müharibə partiyası üçün mühüm işlər görür

 
Kezeraşvilinin ətrafında hamı saxlanılır, Kezeraşvilinin özündən başqa, avropalı pensiyonerlərin soyulması, Gürcüstanda törədilən ən ağır cinayətlər də daxil olmaqla ona hər şey bağışlanır, çünki qlobal müharibə partiyası onun əli ilə Gürcüstanda müxalifət partiyalarını, QHT-ləri, media vasitələrini maliyyələşdirir-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Kobaxidze Davit Kezeraşvilinin qlobal müharibə partiyasının əlində mühüm alət olduğunu bildirib.

“Məndə olan məlumata görə, Kezeraşvilinin tərəfdaşları və sağ əli başqa ölkələrdə də saxlanılıb. Maraqlısı odur ki, Kezeraşvilidən başqa Kezeraşvilinin ətrafındakı hamını həbs edirlər. Kezeraşvilinin kiminsə üçün vacib bir iş gördüyünü ehtimal etməyə əsasımız var, qlobal müharibə partiyasını nəzərdə tuturam. Xüsusilə də Gürcüstanda radikal müxalifət məhz onun əli ilə maliyyələşdirilir. Bundan irəli gələrək, avropalı pensiyonerlərin soyulması, Gürcüstanda törədilən ən ağır cinayətlər də daxil olmaqla ona hər şey bağışlanır, çünki qlobal müharibə partiyası onun əli ilə Gürcüstanda müxalifət partiyalarını, QHT-ləri, media vasitələrini maliyyələşdirir. O, qlobal müharibə partiyasının əlində mühüm alətdir. Ona görə də Kezeraşvilinin özündən başqa onun ətrafında olanların hamısı həbs edilir. Onlara lazım olduğu müddət boyunca istifadə edəcəklər, ehtiyac qalmayan kimi o, da tərəfdaşlarının yolu ilə gedəcək” – İrakli Kobaxidze bildirib.