İrakli Kobaxidze - müxalifətin əsas mesajlarından biri deoliqarxizasiyadır, lakin siyasətdə oliqarxlar yalnız müxalifətin tərəfindədir
İrakli Kobaxidze - müxalifətin əsas mesajlarından biri deoliqarxizasiyadır, lakin siyasətdə oliqarxlar yalnız müxalifətin tərəfindədir

 
Müxalifətin əsas mesajlarından biri deoliqarxizasiyadır, lakin siyasətdə oliqarxlar yalnız müxalifətin tərəfindədir-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Hakim partiyanın sədrindən “Əsas hücum Bidzina İvanişvilinin real olaraq maliyyə aktivlərinin olduğu yurisdiksiyaya yönəlib. İvanişvilinin hüquqlarının haradasa məhdudlaşdırılacağı ilə bağlı söz-söhbət əsassızdır”-deyə Bidzina İvanişvilinin vəkili Viktor Ğipianinin səsləndirdiyi bəyanatı şərh etməsi istənilib.

O, sanksiyaların tətbiqinə toxunub və əgər kimsə bunu edərsə, bunun çox kobud səhv olacağını bildirib.

“Bu, dövlət əleyhinə yanaşmanın növbəti təzahürüdür. Müxalifətin əsas mesajlarından biri deoliqarxizasiyadır, lakin siyasətdə oliqarxlar yalnız müxalifətin tərəfindədir. Onlara: Saakaşvili, Kezeraşvili, Xazaradze və Caparidze daxildir. Oliqarxlaşmanın olduğu bir yer varsa, bu ancaq radikal müxalifətdir. Təbii ki, biz bunu, o cümlədən müvafiq qanunlayihəni müzakirə edəcəyik və lazım gələcəyi təqdirdə müvafiq addımlar atılacaq.

Sanksiyaların tətbiqinə gəlincə, əgər kimsə bunu etsə, bu, çox kobud səhv olacaq və təbii ki, səhvin müəllifləri üçün də bunun nəticəsi olacaq” – deyə Kobaxidze bildirib.