İrakli Kobaxidze - müəyyən yerdəyişmələr ola bilər, nəsə yerdəyişmə olacaqsa, yalnız komanda daxilində olacaq
İrakli Kovzanadzenin parlamentdən getməsinin təşəbbüsü qaldırılan qanun layihəsi ilə heç bir əlaqəsi yoxdur. Onun öz səbəbi var idi və özü açıqlayacaq. O, özəl sektora qayıtmaq istəyir və buna görə də bu qərarı verib-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
O, həmçinin komanda çərçivəsində müəyyən yerdəyişmələrin ola biləcəyini bildirib.
“Digər yerdəyişmələrə gəlincə, komanda daxilində müəyyən yerdəyişmələr ola bilər. Əgər olacaqsa, bizdən məlumat alacaqsınız. Nəsə yerdəyişmə olacaqsa, yalnız komanda daxilində olacaq, bu gün heç nə deyə bilmərəm. Təbii ki, belə bir qərar yalnız ikitərəfli məsləhətləşmələr nəticəsində verilə bilər”- deyə İrakli Kobaxidze açıqlayıb.