İrakli Kobaxidze - MSK-nı çıxılmaz vəziyyətdə qoya bilmərik, bu, qətiyyən yolverilməzdir
Salome Zurabişvili və radikal müxalifətin nümayəndələri MSK-nın çıxılmaz vəziyyətdə qalmasını istəyirlər, təbii ki, parlament çoxluğunun belə bir arzusu ola bilməz – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Baş nazir, prezidentin qoyduğu vetonun aşılmasının Avropa İttifaqının doqquz bəndindən birinin yerinə yetirilməsinə xidmət etdiyini bildirib.
“MSK məsələsinə gəlincə, burada məsələ çox sadədir – bu gün MSK-da bir növ çıxılmaz vəziyyət yaradılıb, çünki MSK-nın hazırki sədri, MSK-nın iki üzvü il yarım bundan əvvəl seçilib, bu bir növ çıxılmaz vəziyyətdir. O vaxt parlamentin qəbul etdiyi qanun layihəsi – mən də parlamentin üzvü kimi bu qanun layihəsinin hazırlanmasında iştirak etmişəm, – çıxılmaz vəziyyətdən çıxış yolunu nəzərdə tutur. MSK çıxılmaz vəziyyətdə qala bilməz. Salome Zurabişvili və radikal müxalifətin nümayəndələri MSK-nın çıxılmaz vəziyyətdə qalmasını istəyirlər, təbii ki, parlament çoxluğunun belə bir arzusu ola bilməz, bundan irəli gələrək, təbii ki, vetonun aşılmasının alternativ yoxdur. MSK-nı çıxılmaz vəziyyətdə qoya bilmərik. Avropa İttifaqının doqquz bəndindən Gürcüstanda azad, ədalətli, düzgün seçkilərin keçirilməsi ilə bağlı bir bəndinin yerinə yetirilməsi üçün bu, qətiyyən yolverilməzdir, bu səbəbdən vetonun aşılması zəruridir. Bu vetonun aşılması Avropa İttifaqının doqquz bəndindən birinin yerinə yetirilməsinə xidmət edir”-baş nazir açıqlayıb.