İrakli Kobaxidze - Misli görülməmiş etimada görə gürcü xalqına təşəkkürlər, milli maraqların müdafiəsi və ölkənin dönməz inkişafını təmin etmək üçün çox sayda vətəndaş çıxdı
İrakli Kobaxidze - Misli görülməmiş etimada görə gürcü xalqına təşəkkürlər, milli maraqların müdafiəsi və ölkənin dönməz inkişafını təmin etmək üçün çox sayda vətəndaş çıxdı

 

Bu gün seçkilərdən sonra hökumətin ilk iclasıdır. Biz əlbətdə şadıq ki, gürcü xalqı hakim komandaya etimad elan etdi. Bu, bizim bu seçkilərdə aldığımız çox güclü dəstəkdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.

Kobaxidze bildirib ki, hakim komandaya etimad misli görünməmiş dərəcədədir, o cümlədən bu səslərin sayı və aktivliklə ifadə olunur.

“Bu, hakim komandaya etimaddır və bu, konkret olaraq Gürcüstan hökumətinə və hökumət proqramına göstərilən etimaddır. Bu etimad misli görünməmiş dərəcədədir. O cümlədən bu səslərin sayı və qeydə alınan aktivliklə ifadə olunur. Gürcü cəmiyyətinə müraciətimiz o idi ki, bir nəfər kimi hamı çıxmalı idi və əslində belə oldu. Faktiki olaraq misli görünməmiş aktivlik qeydə alındı. Bu seçkilərə çoxlu sayda həmvətənlərimiz Gürcüstanın milli maraqlarını qorumaq, sülhü qorumaq və Gürcüstanın ləngimə olmadan, dönməz inkişafını təmin etmək üçün çıxdı. Bunun üçün çox yüksək vətəndaşlıq məsuliyyəti ilə hərəkət edən hər bir həmvətənimizə xüsusi təşəkkür etməliyəm” – İrakli Kobaxidze bildirib.