İrakli Kobaxidze - "Milli Hərəkat"la Gürcüstanda fəaliyyət göstərən ən zəngin qeyri-hökumət təşkilatları arasında olan hər cür formal sərhəd dünən artıq nəhayət ki, aradan qalxdı
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, dünən baş verənlər nəhayət ki, əvvəldən ictimaiyyətə vəd edilənləri ortaya çıxardı. Belə ki, Kobaxidze “Milli Hərəkat” və onların peyklərinin Gürcüstanda iğtişaşlar və inqilab təşkil etmək üçün heç bir resursu olmadığını bildirib.
“İctimaiyyət Aİ-nin namizədlik mövzusunun radikal müxalifət üçün sadəcə uydurma divar olduğunu və əslində onların bu mövzudan öz dar siyasi məqsədlərinə – hakimiyyəti devirmək və yenidən hakimiyyəti ələ keçirmək üçün istifadə etməyə çalışdıqlarını gördü. Dünən radikal müxalifət özünün əsl anti-dövlət mahiyyətini bir daha göstərdi. Bundan başqa, “Milli Hərəkat”la Gürcüstanda fəaliyyət göstərən ən zəngin qeyri-hökumət təşkilatları arasında olan hər cür formal sərhəd dünən artıq nəhayət ki, aradan qalxdı.
Dünən , Bakurianinin planının iflasa uğradığı və gərçəkləşməyəcəyi məlum oldu. Bu planın həyata keçirilməsinə bir əsas amil- xalqın dəstəyi lazım idi. “Milli Hərəkat”, onun gənclərdən ibarət radikal qanadı olan “Utanc” və “Milli Hərəkat”ın QHT peykləri heç vaxt bu dəstəyi qazana bilməyəcəklər, çünki həqiqət onların tərəfində deyil”-deyə Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu” üç gün əvvəl Avropa Komissiyasının müəyyən etdiyi 12 bəndin icrası ilə bağlı ətraflı planı ictimaiyyətə təqdim edib ki, bu plana radikal müxalifət və onunla əlaqəli QHT-lər yenidən destruktiv hərəkətlərlə cavab veriblər.
“Bizim üçün onların hərəkətləri heç bir halda plandan dönmək üçün səbəb ola bilməz. Ölkənin maraqlarından irəli gələrək, Gürcüstanın artıq rəsmi olaraq tanınmış Avropa perspektivini gücləndirmək üçün “Gürcü Arzusu” hər bir bəndi diqqətlə yerinə yetirəcək, bunun üçün lazımi formatda və lazımi vaxt çərçivəsində bütün lazımi addımlar atılacaq. Gürcüstan əhalisinin 85 faizinin iradəsinin reallaşmasında, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasında və ölkəmizin namizəd statusunu almasında faktiki maraqlı olanlar təbii ki, bu planın həyata keçirilməsində fəal iştirak edəcəklər” – deyə İrakli Kobaxidze qeyd edib.