İrakli Kobaxidze - "Milli Hərəkatın" doqquz iilik hakimiyyəti ağır cinayətkarlığın illəri idi, buna görə, ictimaiyyət 2012-ci ildə cavabını verdi və oktyabrın 28-də cavab verəcək
Cinayət olmayan yerdə, heç cür kompromat ola bilməz, – bu barədə Parlamentin sədri, İrakli Kobaxidze büro iclasında Serqi kapanadzenin sualına cavab olaraq bəyan etdi.
Serqi Kapanadze dünən yayılan audio yazı barəsində bəyanat verdi və bu kontekstdə parlamentin sədrinin rolu barəsində sual verdi.
Deputata parlamentin sədri cavab verdi və qeyd etdi ki, parlament öz rol və funksiyalarını müvafiq olaraq yerinə yetirir.
“Sual Parlamenti rolu barəsində və parlamentin prestijinə aid olduğuna görə, ilk növbədə mən cavab verəcəm. Parlament öz rol və funksiyalarını müvafiq olaraq yerinə yetirir. Bir tamaşanı izlədik. O, artıq uğursuz başa çatdı. İndi ikinci tamaşanı təqdim etdiniz, bu da uğursuz başa çatacaq. Cinayət olmayan yerdə, heç cür kompromat ola bilməz.
“Milli Hərəkatın” doqquz iilik hakimiyyəti ağır cinayətkarlığın illəri idi, buna görə, ictimaiyyət 2012-ci ildə cavabını verdi və oktyabrın 28-də cavab verəcək”, – İrakli Kobaxidze bəyan etdi.
Mirza Subelianiyə gəldikdə isə, Kobaxidzenin bəyan etdiyinə görə, o, penitensial müəssisədədir.
Bununla yanaşı, Parlamentin sədrinin dediyinə görə, əgər kimsə cinayət törətsə, qanunvericilik orqanı buna göz yummayacaq.