İrakli Kobaxidze -“Milli Hərəkat”ın 15 faizə düşməsi, digər partiyaların seçki səddini aşa bilməməsi bugünkü vəziyyətdir, bu mənzərə ilə biz konstitusiya çoxluğunu əldə edirik
“Milli Hərəkat”ın 15 faizə düşməsi, digər partiyaların seçki səddini aşa bilməməsi bugünkü vəziyyətdir- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvilinin “Lelo”, Qaxarianın partiyası, “Qirçi”, Ana Dolidze və digər partiyasız şəxslərlə birləşmə yolları ilə bağlı söhbət təklif etməsi ilə əlaqədar təşəbbüsü haqqında İrakli Kobaxidzeyə sual ünvanlanıb.
Baş nazirin dediyi kimi, bu günə olan vəziyyətə görə “Gürcü Arzusu” konstitusiya çoxluğuna malikdir.
“Bugünkü vəziyyət belədir ki, “Milli Hərəkat” 15 faizə düşüb, əvvəl 18 idi, indi isə 15 faizdən aşağıdır. Digər partiyalar seçki səddini aşa bilmir. Hesab edirəm ki, parlament seçkilərinə də təxminən bu şəraitdə gedib çıxacağıq. Yeddi ay qalıb və istədiyimiz mənzərə bugünkü kimidir, bu mənzərə ilə biz konstitusiya çoxluğunu əldə edirik”- deyə İrakli Kobaxidze bildirib.