İrakli Kobaxidze – "Milli Hərəkat", Vaşadze, "Lelo" tamamilə birdir, nəsə texniki işçi qrupları yaradıblar, istənilən yolla prosesi qütbləşməyə doğru aparırlar, lakin bunu edə bilməyəcəklər
“Milli Hərəkat”, Vaşadze, “Lelo” tamamilə birdir, Gürcüstan tərəfindən namizəd statusunun alınması ilə bağlı olan prosesi birgə sabotaj edirlər-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Kobaxidze , alternativ işçi qrupuna daxil olan müxalif deputatların yeganə məqsədinin Gürcüstanın namizəd statusu almaması olduğunu bildirib.
“Bu, onların yeganə məramıdır. Məhz bu səbəbdən , onlar birinci bəndi pozmağa , yəni qütbləşməyə yönəlmiş bu cür addımların anonsunu verirlər və həmçinin digər 11 bəndin yerinə yetirilməsində iştirak etmirlər. Bütün bunlar onların Gürcüstanın namizəd statusunu almasını istəmədiyini bir daha göstərir, bu səbəbdən hansısa texniki parlament, texniki komitələr, texniki işçi qrupları yaradıblar. Bunlar gülüş doğurmaqla yanaşı, əlbəttə ki, konstitusiya nizam-intizamına zidd addımlardır. Məsələ çox sadədir, onlar hər cəhətdən sabotaja yönəldiklərini göstərirlər. Onlar prosesi istənilən yolla qütbləşməyə doğru aparırlar, lakin təbii ki, bunu edə bilməyəcəklər” -deyə İrakli Kobaxidze bildirib.