İrakli Kobaxidze - “Milli Hərəkat”, “Quruculuq Strategiyası”, “Qirçi – daha çox azadlıq” və “Droa” arasında heç bir fərq yoxdur, hansısa bolşevik birliyinin parçasıdırlar
İrakli Kobaxidze - “Milli Hərəkat”, “Quruculuq Strategiyası”, “Qirçi – daha çox azadlıq” və “Droa” arasında heç bir fərq yoxdur, hansısa bolşevik birliyinin parçasıdırlar

 

“Milli Hərəkat” və bu üçlüyə, dırnaq arası “troyka”ya gəlincə, əslində, onlar arasında nə siyasi hədəflər , nə də mentalitet baxımından heç bir fərq yoxdur – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze “Quruculuq Strategiyası”, “Qirçi – daha çox azadlıq” və “Droa” partiyalarının Saakaşvili ətrafında ümumi fəaliyyət planını müzakirə etmək üçün “Milli Hərəkat”la görüşünü şərh edib.

İrakli Kobaxidze onların tez-tez görüşməsinin tamamilə məntiqli olduğunu qeyd edib.

“Onlar hansısa vahid bolşevik ittifaqının bir hissəsidirlər. Ona görə də onların tez-tez görüşməsi tamamilə məntiqlidir. Bu və ya digər partiyanın, bu və ya digər siyasətçinin adı nə olursa olsun, hamısı vahid günah tarixi və vahid mentaliteti ilə “Vahid Milli Hərəkat”dır, bu, bolşevik mentalitetidir” – deyə İrakli Kobaxidze açıqlayıb.