İrakli Kobaxidze - "Milli Hərəkat" nə qədər başını qaldırmaq istəsə, ictimaiyyət bir o qədər layiqincə cavabını verəcək
İctimaiyyətə söz veririk, “Milli Hərəkatın” istənilən revanşına yol verməyəcəyik. Bu şərti həmişə yerinə yetirmişik və yetirəcəyik, – Bu barədə jurnalistlərə Parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi.
“Milli Hərəkat” nə qədər başını qaldırmağa cəhd etsə, ictimaiyyət bir o qədər layiqincə cavabını verəcək. Əgər ictimaiyyətə yardım lazım gəlsə, biz də yardım edəcəyik. Liyejdə buna lazım gəlmədi. Başqa təqdirdə, biz də yardım edə bilərik. Siyasi proseslərin düzgün olmayan istiqamətlə aparılmasının qarşının alınması lazımdır. İtimaiyyətə söz veririk, “Milli Hərəkatın” istənilən revanşına yol verməyəcəyik. Bu şərti həmişə yerinə yetirmişik və yetirəcəyik”, – İrakli Kobaxidze bəyan etdi.