İrakli Kobaxidze - “Milli Hərəkat” da, “Lelo” da, “Qirçi” də, “Qaxariya”nın partiyası da “Kollektiv Milli Hərəkat”a daxildir, onların kökü birdir, vaxt var idi iş adamlarını bir yerdə soyurdular, onların ittifaqı heç kimi təəccübləndirmir

“Milli Hərəkat” və “Lelo” tamamilə eynidir-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.

Kobaxidze onların ittifaq içərisində olduqlarını və açıqlamalarının üst-üstə düşməsinin məntiqli olduğunu bildirib.

“Ümumiyyətlə, “Milli Hərəkat” və “Lelo” tamamilə eynidir. Sadəcə olaraq iki, təşkilati baxımdan ayrı, belə demək mümkünsə, partiyalar var. Onlar ittifaq içərisindədirlər və hər addımda müttəfiqliklərini təsdiq ediblər. Bundan irəli gələrək, onların ayrı-ayrı bəyanatlarının heç bir dəyəri yoxdur. Onların açıqlamalarının üst-üstə düşməsi tamamilə məntiqlidir. Bir siyasi qüvvə var, o, “Milli Hərəkat”ın da, “Lelo”nun da, “Qirçi”nin də, “Qaxariya”nın partiyasının da daxil olduğunu “Kollektiv Milli Hərəkat”dır. Onların bir kökü var, vaxt var idi iş adamlarını bir yerdə soyurdular və s. Bundan irəli gələrək, onların birliyi təbii ki, heç kəsi təəccübləndirmir. Müvafiq olaraq, bu ardıcıllıq tamamilə məntiqlidir” – Kobaxidze bildirib.