İrakli Kobaxidze - Mixeil Saakaşvilinin vəziyyətindən söhbət gedirsə, bu, bir növ müsbət ayrı-seçkilikdir, həbsxanada olması gərəkən insan iki otaqlı palataya yerləşdirilib
İrakli Kobaxidze - Mixeil Saakaşvilinin vəziyyətindən söhbət gedirsə, bu, bir növ müsbət ayrı-seçkilikdir, həbsxanada olması gərəkən insan iki otaqlı palataya yerləşdirilib

 
Mixeil Saakaşvilinin vəziyyətindən söhbət gedirsə, bu, bir növ müsbət ayrı-seçkilikdir, çünki o, digər məhbuslarla müqayisədə imtiyazlıdır -bu haqda “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Mixeil Saakaşvili ilə bağlı sualı cavablandırarkən bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, həbsxanalarda insanlara işgəncə verilməsi ilə birbaşa bağlı olan sistemin yaradıcısı Mixeil Saakaşvilidir.

“Qanunən, yəqin ki, bu şəxs həbsxanada olmalıdır, lakin müxtəlif amillər səbəbilə müvafiq qurumlar onun imtiyazlı vəziyyətdə qoyulması haqqında qərar qəbul edirlər. Görünür, bunun obyektiv səbəbləri və əsasları var. Ayrı-seçkilikdən danışırıqsa, bu, bir növ müsbət ayrı-seçkilikdir. Həbsxanada olması gərəkən insan iki otaqlı palataya yerləşdirilib. Bu mövzu ilə bağlı tez-tez spekulyasiyalar eşidirik və burada xatırlamaq lazımdır ki, həbsxanalarda insanlara işgəncə verilməsi, qeyri-insani rəftarla bilavasitə bağlı olan sistemin yaradıcısı Mixeil Saakaşvilidir və belə bir insan hazırda iki otaqlı palataya yerləşdirilib. Bu, ölkəmizin demokratiyanın inkişafı və insan hüquqları istiqamətində əldə etdiyi ümumi tərəqqidən xəbər verir” – deyə İrakli Kobaxidze açıqlayıb.