İrakli Kobaxidze - Mixeil Saakaşvili bizim Amerikalı və Avropalı dostlarımızın sayəsində iqtidarı buraxmalı oldu, yoxsa getməyi düşünmürdü
İrakli Kobaxidze - Mixeil Saakaşvili bizim Amerikalı və Avropalı dostlarımızın sayəsində iqtidarı buraxmalı oldu, yoxsa getməyi düşünmürdü

Mixeil Saakaşvili bizim Amerikalı və Avropalı dostlarımızın sayəsində iqtidarı buraxmalı oldu, yoxsa demokratik yolla getməyi düşünmürdü və bunu unutmamalıyıq, – bu bəyanatı “Gürcü Arzusunu” nümayəndəsi və parlament əksəriyyətinin lideri İrakli Kobaxidze “İmedi” telekanalının efirində, senator Cim Şahinin bəyanatına cavab olaraq verdi.

“O vaxt bütün ölkə miqyasında xüsusi təyinatlılar yerləşdirilmişdilər. Xaşuri və digər yerlərdə, seçki administrasiyalarına xüsusi təyinantlılar hücum etmişdilər. Bunu bütün rayonlarda edəcəkdilər, ancaq nəticədə, beynəxalq partnyorlarımız və dostlarımızın sayəsində, Saakaşvili iqtidarı seçki yolu ilə tərk etməli oldu” – dedi Kobaxidze.

Xatırladaq ki, senator Cin Şahin nitqlə çıxış edərkən, Gürcüstanda iqtidarın sülh yolu ilə təhvil verilməsi ilə bağlı danışarkən, 2012-ci ilin parlament seçkilərini misal olaraq, gətirdi.

Onun dediyinə görə, 2012-ci ildə, seçkilərin ikinci günündə, o və senator Riş, Mixeil Saakaşvili ilə görüşdülər.

“Biz oturduq və ona izah etdik ki, o Gürcüstan prezidenti olaraq, ölkədə səkkiz il ərzində çox sayda önəmli işlər gördü və indi sülh yolu ilə, iqtidarın tapşırılması zamanıdır” – dedi senator Şahin.