İrakli Kobaxidze - miqrasiyanı azaltmaq üçün ölkənin iqtisadi tərəqqisi, iqtisadi tərəqqi üçün sülh, sülh üçün isə radikal müxalifətin zəifləməsi zəruridir
Bizim dövrümüzdə miqrasiya statistikası bir neçə dəfə yaxşılaşıb, əlbəttə ki, biz miqrasiyanın hazırkı vəziyyəti ilə razı ola bilmərik, çünki hələ də ölkədən çıxanların sayı geri qayıdanların sayından daha çoxdur, bu, problemdir- -bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
O, ölkə iqtisadiyyatının tədricən böyüdüyünü və bunun, miqrasiyaya müsbət təsir göstərdiyini bildirib.
“Demoqrafiya bizim problemlərimizdən, mənfi miqrasiya saldosunun səbəblərindən biridir, eləcə də iqtisadiyyatın hələ də zəif olmasının. İki il əvvəl iqtisadiyyatımız 4250 dollar idi, keçən il ilin sonunda, yəni iki ildən sonra 6800 dollar oldu, yəni yaxşılaşma ciddidir, amma iqtisadiyyatımız hələ də keçən ilin göstəricisinə görə 6800 dollardır. Bu ilin sonunda iqtisadiyyatımız təxminən 8 min dollar olacaq, iqtisadiyyat getdikcə artır, bu da miqrasiyaya müsbət təsir edəcək, lakin bunun üçün vaxt lazımdır. Bu səbəbdən miqrasiyanı azaltmaq üçün ölkənin iqtisadi tərəqqisi, iqtisadi tərəqqi üçün sülh, sülh üçün isə radikal müxalifətin zəifləməsi zəruridir. Bu mənim cavabımdır”-deyə Kobaxidze açıqlayıb.