İrakli Kobaxidze - miqrasiya baxımından saxta ajiotaj yaradılıb, vəziyyət elə göstərilib ki, guya ölkədə total miqrasiya müşahidə olunur, faktlar bunun heç bir əsası olmadığını göstərir
Parlament çoxluğunun lideri İrakli Kobaxidze ölkədən insanların miqrasiyası ilə bağlı saxta ajiotaj yaradıldığını bildirib. O, faktların ajiotaj üçün heç bir əsas olmadığını göstərdiyini açıqlayıb.
“Saxta ajiotaj yaradılıb. Vəziyyət elə göstərilib ki, guya ölkədə total miqrasiya müşahidə olunur və dərc etdiyim post da məhz bununla bağlı idi. Əslində faktlar ajiotaj üçün heç bir əsas olmadığını göstərir. Təbii ki, demoqrafiya, miqrasiya xüsusi diqqət tələb edən məsələdir və təbii ki, öz obyektiv səbəbləri olan ideal mənzərə yoxdur, lakin ajiotaj tamamilə saxtadır, bu da konkret göstəricilərlə təsdiqlənir. Mənim postumda müvafiq göstəricilər təqdim olunub, belə ki, söhbət əvvəlki hakimiyyətin dövründə, ümumilikdə doqquz il ərzində geri qayıdanlarla müqayisədə 221 min nəfər çox insanın ölkəni tərk etməsindən gedir. Miqrasiya baxımından çox ağır götərici idi. 2013-cü ildən 2021-ci ilə qədər olan dövrü götürsək, eyni MSX-nin saytında mövcud olan göstəricilərə görə, ümumi göstərici 52.000 idi. Yəni bir tərəfdə 221.000, ikinci tərəfdə – 52.000, bu isə o deməkdir ki göstərici miqrasiya baxımından 4,3 dəfə yaxşılaşıb. Yəni, miqrasiya baxımından bizdə dörd dəfə yaxşı və daha yaxşı göstərici var – ölkəni tərk edən, lakin geri qayıtmayanlar dörd dəfə azdır. Bunlar yanılmaz və mahiyyətcə sərhəd keçilməsi göstəricilərinə əsaslanan rəqəmlər, məlumatlardır. Onu da qeyd etmək lazımdır ki, təbii ki, vizanın liberallaşdırılması miqrasiyanın artmasına təkan verəcək, çünki insanların Avropaya keçməsi asanlaşıb. Viza rejiminin liberallaşdırılmasına baxmayaraq, bu göstərici əhəmiyyətli dərəcədə pisləşməyib, miqrasiyada cüzi artım var idi, lakin 2018-ci ildən bu yana müvafiq tempi qoruyub saxlamışıq və ümumilikdə ölkəyə daxil olandan 29 000 çox insan ölkəni tərk edib, bu ideal deyil, amma daha yaxşıdır. Əvvəlki hakimiyyətin şəraitində olduğundan daha yaxşı göstəricidir”-deyə İrakli Kobaxidze açıqlayıb.
Bununla yanaşı, İrakli Kobaxidze ABŞ-ın Gürcüstan vətəndaşlarına münasibətdə ciddi viza siyasəti yürütdüyünü, bunun həm mənfi, həm də müsbət tərəfləri olduğunu bildirib.
“ABŞ-ın Gürcüstan vətəndaşlarına münasibətdə viza siyasəti sərtdir, bunun mənfi və müsbət tərəfləri var. Mənfi tərəfi odur ki, vətəndaşlarımız üçün narahatlıq yaranır və elə hallar olur ki, vətəndaşlarımız Meksikadan ABŞ-a keçməyə məcbur qalırlar. Digər tərəfdən, təbii ki, bu, ABŞ-a miqrasiyanı əngəlləyir. Ona görə də biz bu məsələdə mənfi və müsbət tərəfi bərabər görməliyik” -deyə Kobaxidze qeyd edib.
Parlament çoxluğunun lideri İrakli Kobaxidze bu gün miqrasiya ilə bağlı post dərc edərək, 2018-2021-ci illərdə mənfi miqrasiya saldosunun cəmi 29 min olduğunu qeyd edib.