İrakli Kobaxidze - mən ki, Rustaveli prospektinə gedəm və DİN-in nümayəndəsinə toxunam, və ya söyəm, mənə qarşı da tədbirlər görüləcək
Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, Rustaveli prospektində cərəyan edən hadisələrlə bağlı Dİ naziri, Giorgi Qaxariya istənilən vaxt suallara cavab verməyə hazrdır.
İrakli Kobazidzenin, parlamentin büro iclasında qeyd etdiyinə görə, deputatlar əlavə maraqlanaraq Giorgi Qaxariyaya suallar verə bilərlər.
“Biz, Dİ nazirinin açıqlamasını dinlədik, əsas nə idi və real olaraq nə baş verdi. Biz əlavə maraqlana bilərik, ki cənab Giorgi Qaxariyaya suallar verək. İş suallara cavab verməyə aid olanda, o həmişə açıqdır. Bu təqdirdə də əminəm ki, cənab Giorgi Qaxariya istənilən vaxt suallara cavab verməyə hazrdır. Heçkim gizlənmir, nə biz, nə də cənab Giorgi. Hər suala cavab veriləcək. Həmçinin məlumat aldım ki, fakt ilə əlaqədar hər şey kameraya çəkilib. Müvafiq olaraq, hüquq pozuntusunun olub olmaması barəsində birlikdə əmin ola bilərik. O ki, qaldı lokasiyanın dəyişməsinə, mən ki, Rustaveli prospektinə gedəm və DİN-in nümayəndəsinə toxunam, və ya söyəm, mənə qarşı da tədbirlər görüləcək. Əsas, bu yaxalama olmasın. Yoxsa, lokasiyanın dəyişdirilməsi adi bir hadisədir”, – Kobaxidze bəyan etdi.