İrakli Kobaxidze - Mən qanun layihəsinin məzmununu və kontekstini ATƏT-in Parlament Assambleyasının prezidentinə izah etdim, bütün hüquqi iradları dinləməyə və nəzərdən keçirməyə hazır olduğumuzu bildirdim

ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kauma və digər aparıcı vəzifəli şəxslərlə çox maraqlı işgüzar görüşüm oldu, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

Hökumət başçısı qeyd edir ki, söhbətin əsas mövzusu “Xarici təsirin şəffaflığı haqqında” qanun olub.

““Xarici təsirin şəffaflığı haqqında” qanunu ilə bağlı söhbət etdik. Mən qanun layihəsinin məzmununu və kontekstini Assambleyanın prezidentinə izah etdim. Mən qanun layihəsi ilə bağlı bütün konkret hüquqi iradları diqqətlə dinləməyə və nəzərə almağa hazır olduğumuzu bildirdim, bunun üçün isə qanuna müvafiq yoxlama prosedurundan istifadə edə bilərik”, – deyə İrakli Kobaxidze qeyd edir.