İrakli Kobaxidze - Mən açıq deyirəm ki, bu gün bütün nazirlərin fəaliyyətindən razıyam
Səhiyyə nazirini dəyişmək həqiqətən planımın bir hissəsi deyildi, amma prosesdə qüsurlar gördüm və bu barədə səhiyyə naziri ilə söhbətim oldu – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidzeyə bugünkü kadr dəyişikliyi ilə bağlı sual ünvanlayıb. Media nümayəndəsi ondan soruşub : şərhlərinin birində heç bir naziri dəyişməyə hazırlaşmayacağını deməsi fonunda, səhiyyə naziri ilə bağlı qərar nə ilə əlaqəli olub ?
“Siz mənə başqa nazirlə bağlı sual verəndə cavab verdim ki, konkret nazirlə bağlı sizə cavab vermişəm. Eyni zamanda, mən sizə o vaxt demişdim ki, ümumiyyətlə, o anda heç bir dəyişiklik planlaşdırmırdım. Bu bir proses- bir məlumat idi. Sizə cavab verəndə həqiqətən belə bir planım yox idi. Məsələn, səhiyyə nazirini dəyişmək həqiqətən mənim planımın bir hissəsi deyildi, amma proses gedir, mən bu prosesdə qüsurlar gördüm və bu barədə səhiyyə naziri ilə söhbətim oldu” – deyə İrakli Kobaxidze açıqlayıb.
Digər nazirləri dəyişmək planının olub-olmaması ilə bağlı daha bir suala Kobaxidze belə cavab verib:
“Bu sual özlüyündə artıq yanlışdır, çünki hər şey prosesdir. Sizə açıq şəkildə demək istəyirəm ki, şəxsən mən bütün nazirlərin fəaliyyətindən, istər ötən illərdə görülən işlərdən, istərsə də hazırda nazirliklərdə gedən işlərdən razıyam. Bundan irəli gələrək, sizə çox qəti və açıq deyirəm ki, bu gün bütün nazirlərin fəaliyyətindən razıyam”- deyə İrakli Kobaxidze açıqlayıb.
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili istefa verib.