İrakli Kobaxidze - Məhkəmə sisteminin müstəqilliyi baxımından, Gürcüstan Avropa ölkələri arasında liderlərdən biridir
İrakli Kobaxidze - Məhkəmə sisteminin müstəqilliyi baxımından, Gürcüstan Avropa ölkələri arasında liderlərdən biridir

“Məhkəmə sisteminin müstəqilliyi ölkənin iqtisadi müstəqilliyi üçün çox önəmlidir, çünki məhkəmə sisteminə qarşı etibarlıq ölkədə investisiyaların qoyulmasıvə bizneslərin inkişafı üçün önəmli rol oynayır”, – bu barədə bəyanatı İrakli Kobaxidze Vaşinqtonda, Con Hokkins Universitetində nitqlə çıxış edərkən verdi.

Gürcüstan parlamentinin sədri görüşdə iştirak edənlərə Gürcüstanda həyata keçirilən demokratik islahatlar haqqında danışdı və bəyan etdi ki, Gürcüstan iqtidarınnı əsas prioriteti məhkəmə sisteminin müstəqilliyinin təminatı və gücləndirilməsidir.

“Məhkəmə sisteminin azadlığı baxımından əgər indiyə qədər sabiq sovet ölkələri arasında lideridiksə, indi artıq Avropa ölkələri arasında da liderliyə nail olduq və bu böyük müvəffəqiyyətdir. Bu sistemin daha da güclənməsi üçün çalışmağa davam edəcəyik” – dedi İrakli Kobaxidze.