İrakli Kobaxidze marixuananın kultivasiyası haqqında qanunlayihənin ləğv olunmasını istisna etmir
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Marixuananın kultivasiyası haqqında qanunlayihənin ləğv olunmasını istisna etmir.
Bu barədə İrakli Kobaxidze tərəfindən yayılan bəyanatda deyilir.
Parlamentin sədri qeyd edir ki, əgər qeyd olunan qanunlayihə narkotiklərin qeyri-leqal şəkildə yayılmasının artmasına səbəb olacaqsa, onun onun ləğv edilməsi istisna deyil.
“İctimaiyyəti və kilsəyi dinləyirik və qeyd olunan qanunun müzakirəsini müvəqqəti olaraq, dayandırdıq və onun ləğv olunması da istisna deyil” – dedi İrakli Kobaxidze.
İrakli Kobaxidze dəstəsinin üzvləri və ictimaiyyətin digər nümayəndələrinə müraciət etdi ki, qeyd olunan qanunlayihə haqqında emosiyalı polemikalara girməsinlər.
“Təəssüf ki, zərərli qüvvələr ictimaiyyətin emosiyalarından suistifadə edərək, panikanın yaranmasına səbəb oldular. İctimaiyyətə müraciət edirəm ki, kimsəyə onların hissləri ilə oynamağa izin verməsinlər” – dedi İrakli Kobaxidze.