İrakli Kobaxidze- Marqvelaşvilinin kim olduğunu hamı çox yaxşı bilir, onun siması buradan görünür, belə insanlar gürcü siyasi mədəniyyətinə uyğun gəlmir
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşviliyə Saakaşvilinin azad edilməsi haqqında petisiya üzərində işlədiyinə görə 12 000 dollara qədər pul köçürüldüyünə dair ABŞ-ın Ədliyyə Departamentinin dərc etdiyi sənədlərə münasibət bildirib.
Kobaxidze buradan Q.Marqvelaşvilinin simasının göründüyünü və belə insanların siyasətdə olmaması gərəkdiyini bildirib.
“Hamı Marqvelaşvilinin nə olduğunu və kim olduğunu çox yaxşı bilir. Ona Saakaşviliyə dəstəyə görə 10500 dollar və ya nə qədərsə aldığını deyəndə o, sadəcə onu dedi ki, mən necə 10500 dollara satıla bilərəm. Yəni satılmağa icazə verib. Buradan onun siması görünür, belə insanlar gürcü siyasətində ola bilməz, belə insanlar gürcü siyasi mədəniyyətinə uyğun gəlmir”- deyə İrakli Kobaxidze açıqlayıb.