İrakli Kobaxidze - Mandatların ləğv olunması məsələsi fevralın ilk həftəsində müzakirə olunacaq
İrakli Kobaxidze - Mandatların ləğv olunması məsələsi fevralın ilk həftəsində müzakirə olunacaq

Müxalifət deputatlarının mandatlarının ləğv olunması məsələsi, icbari qaydada fevralın ilk həftəsində müzakirə olunmalıdır, – bu bəyanatı “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze verdi.

“Beynəlxalq partnyorlarımızla konsultasiyalarımız oldu və məsələ ilə bağlı paket Venesiya komisiyasına göndərildi. Əlbəttə ki, biz Venesiya komisuyasının qərarını gözləyəcəyik, hansı ki, martın əvvəlində gələcək və bu qərarı nəzərə alaraq, təbii olaraq, onunla bağlı işləmlər başlayacaq.

Beynəlxalq partnyorlarımızın mövqeyi də önəmlidir, ancaq görək parlament əksəriyyəti hansı qərarı verəcək” – dedi İrakli Kobaxidze.