İrakli Kobaxidze Macarıstanda keçiriləcək “Mühafizəkar siyasi fəaliyyət” konfransında iştirak edəcək
İrakli Kobaxidze Macarıstanda keçiriləcək “Mühafizəkar siyasi fəaliyyət” konfransında iştirak edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 25-də Macarıstanda açılacaq “Mühafizəkar siyasi fəaliyyət” konfransında iştirak edəcək.

Hökumət başçısı nümayəndə heyəti ilə birlikdə Budapeştə yola düşüb. Konfransın açılış sessiyasında Gürcüstanın baş nazirinin çıxışı planlaşdırılır. Səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə də görüş keçiriləcək.

Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.