İrakli Kobaxidze Macarıstanın Milli Assambleyasının vitse-spikeri ilə görüşüb
İrakli Kobaxidze Macarıstanın Milli Assambleyasının vitse-spikeri ilə görüşüb

Parlament çoxluğunun lideri İrakli Kobaxidze Macarıstanın Milli Assambleyasının vitse-spikeri Yanoş Latortsai ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstana namizəd statusunun verilməsi məsələsində Macarıstanın dəstəyindən danışılıb. Söhbət zamanı Gürcüstan və Macarıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə də toxunulub.

“Milli Assambleyanın vitse-spikerinin sözlərinə görə, Macarıstan Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstanı tam dəstəkləyəcək.

İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə Macarıstanın Milli Assambleyasının vitse-spikerinə təşəkkür edib” – Gürcüstan parlamentinin yaydığı məlumatda deyilir.

Görüşdə nümayəndə heyətinin üzvləri – parlamentin birinci vitse-spikeri Qiorqi Volski, parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvili və parlament çoxluğunun üzvü İrakli Mezurnişvili iştirak ediblər.