İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşdü
İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri: Bayba Braje, Marqus Tsahkna, Tordis Kolbrun Reikfyord Gilfadottir və Qabrielius Landsberqis ilə görüşüdü.

Görüşdə söhbət Gürcüstanın Avrointeqrasiya prosesinə və ölkənin bu yolda əldə etdiyi irəliləyişlərə toxunuldu. Avropa İttifaqına namizəd ölkə statusu verildikdən sonra Gürcüstan üçün üzvlüklə bağlı danışıqların başlanmasının vacibliyi vurğulandı.

Gürcüstan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində səyləri qeyd edildi və bu yolda beynəlxalq tərəfdaşların dəstəyinin rolu vurğulandı. Baş nazir bildirdi ki, Gürcüstan istər demokratiya, istər qanunun aliliyi, istər insan haqları, istərsə də iqtisadi inkişaf tempi kimi bütün sahələrdə namizəd ölkələr arasında liderdir və buna Avropa İttifaqı müvafiq addımlarla cavab verməlidir.

İclasda “Xarici təsirin şəffaflığı haqqında” qanuna diqqət yetirildi. Hökumət başçısı bir daha izah etdi ki, qanun dövlət suverenliyini gücləndirmək məqsədi daşıyır və yalnız bir şeyi – qeyri-hökumət və müvafiq media qurumlarından alınan maliyyə vəsaitlərinin şəffaflığını və illik bəyannaməsini nəzərdə tutur. Baş nazir vurğuladı ki, hökumət qanunla bağlı əsaslı fikirləri dinləməyə və müzakirə nəticəsində veto proseduru çərçivəsində hüquqi iradları qanunda əks etdirməyə yenə də hazırdır.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.