İrakli Kobaxidze - konstitusiyanın kobud şəkildə pozulması faktı cavabsız qala bilməzdi, impiçmentlə bağlı sənədlər Konstitusiya Məhkəməsinə bu gün təqdim olunacaq
Prezident tərəfindən konstitusiyanın kobud şəkildə pozulması faktı cavabsız qala bilməzdi, bu gün konstitusiya təqdimatımız rəsmi olaraq Konstitusiya Məhkəməsinə daxil ediləcək və məhkəmə bu mövzunu bir ay ərzində müzakirə edəcək – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.
Kobaxidze Gürcüstan Prezidentinin konstitusiyanı kobud şəkildə pozmasının olduqca ciddi fakt olduğunu söyləyib.
“Hakim komanda tərəfindən bunun cavabsız buraxılması sadəcə olaraq mümkün deyildi. Bu, ölkənin əsas qanununa bizim tərəfimizdən də hörmətsizlik olardı. Müvafiq olaraq, bu gün konstitusiya təqdimatımız rəsmi olaraq Konstitusiya Məhkəməsinə daxil ediləcək və məhkəmə bu mövzunu bir ay ərzində müzakirə edəcək.
Prinsip səviyyəsində, müzakirə ediləsi heç nə yoxdur. Bu, konstitusiyanın o qədər kobud və açıq-aşkar pozulmasıdır ki, sadəcə təsdiqlənməsinə ehtiyac var, başqa da heç nə. Bu, birinci kursun ilk mühazirəsinin kazusudur”- deyə İrakli Kobaxidze bildirib.