İrakli Kobaxidze - konsiliumun da Mixeil Saakaşviliyə adekvat kalorili qida qəbul etməyə çağırış edəcəyinə ümid edirəm
Konsiliumun da Mixeil Saakaşviliyə adekvat kalorili qida qəbul etməyə çağırış edəcəyinə ümid edirəm. Biz ailəni Saakaşvilinin yanına müvafiq kalorili qida aparmağa çağırmalıyıq – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidzenin sözlərinə görə, “ailənin də Saakaşvilinin özünə zərər verməsi prosesində iştirak etməsi utancverici və təəccüblüdür”.
“Müraciətimiz odur ki, özünə zərər verməyin başını buraxsın və ailə üzvünə adekvat kalorili qida çatdırılsın. Strasburqa gəlincə, onlar nəticəni əvvəlcədən bildikləri üçün məhkəməyə müraciət etməyə cəsarət etmirlər, yəni Strasburq onların iddiasını təmin edə bilməz və təmin etməyəcək, çünki həqiqət onların tərəfində deyil. Həqiqət budur ki, sistem məhbusa lazımi qayğı göstərir, məhbus isə özü-özünə zərər verir” -deyə Kobaxidze açıqlayıb.