İrakli Kobaxidze - xərçəng xəstələri dövlətin dəstəyinə ehtiyacı olan insanların xüsusilə mühüm kateqoriyasıdır, bunun büdcədə birbaşa əks olunması vacibdir
Bu üç il ərzində bizdə yüksək iqtisadi artım var, bunun hesabına büdcə əhəmiyyətli dərəcədə artır, bu, hökumətə belə mühüm təşəbbüsləri büdcədə əks etdirməyə imkan verir, – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidzenin sözlərinə görə, xərçəng xəstələri ilə bağlı qəbul edilən qərar vətəndaşların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş ən vacib qərardır.
“Bu, dövlət tərəfindən xüsusi dəstəyə ehtiyacı olan insanların xüsusilə mühüm kateqoriyasıdır və bu dəstəyin birbaşa dövlət büdcəsində əks olunması vacibdir”, – Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, ümumi səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün eyni dərəcədə əlçatan olacaq.