İrakli Kobaxidze - “Xalqın Gücü”nün qanun layihəsi standartlara uyğundur, Amerika qanunu tam bir fəlakətdir, biz Gürcüstan parlamentində belə bir qanun qəbul etməyi doğrudan da özümüzə yaraşdıra bilməzdik
İrakli Kobaxidze - “Xalqın Gücü”nün qanun layihəsi standartlara uyğundur, Amerika qanunu tam bir fəlakətdir, biz Gürcüstan parlamentində belə bir qanun qəbul etməyi doğrudan da özümüzə yaraşdıra bilməzdik

 

“Xalqın Gücü” tərəfindən təşəbbüsü qaldırılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Amerika və rus qanunlarından fərqli olaraq insan hüquqları standartlarına tam uyğundur, şəffaflığın minimal standartını nəzərdə tutur-deyə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Amerika qanunu tam bir fəlakətdir.

“Mən bir hüquqşünas, insan hüquqları üzrə mütəxəssis kimi birbaşa deyə bilərəm ki, Amerika qanunu tam bir fəlakətdir, biz Gürcüstan parlamentində belə bir qanun qəbul etməyi doğrudan da özümüzə yaraşdıra bilməzdik. O ki qaldı rus qanununa, rus qanunu ilə də indi tanış olmuşam və o, keçmiş Amerika qanununa bənzəyir, yəni birbaşa rus qanununu Amerika qanununa oxşatmaq olar. Görünür rus yumşalma mesajı yalan idi, əslində rus qanunu Amerika qanununun dəqiq analoqudur. “Xalqın Gücü” tərəfindən təşəbbüsü qaldırılan gürcü qanun layihəsinə gəlincə, Amerika və rus qanunlarından fərqli olaraq insan hüquqları standartlarına tam uyğundur, şəffaflığın minimal standartını nəzərdə tutur. Çox sadə, yığcam qanun var, onun nəzərdə tutduğu yeganə şey 20%-dən çox xaricdən maliyyə alan subyektlərin illik bəyannamələr təqdim etmələrindən ibarətdir, insan hüquqları standartlarına tam uyğun olmayan həm Amerika, həm də rus qanunlarından köklü şəkildə fərqlənir. Hər ikisi fəlakətli qanunlardır. Təbii ki, biz belə qanunları qəbul etməyi özümüzə yaraşdıra bilməzdik, belə bir qanunun qəbuluna dəstək verə bilməzdik. Gürcü qanun layihəsi hazırlanıb, nə Amerika, nə də rus, gürcü qanunudur, prinsiplər səviyyəsində Amerika qanunlarına əsaslanır, lakin məhz bu qanun layihəsinin insan hüquqları standartlarına uyğun olması ilə ondan köklü şəkildə fərqlənir. Bu reallıqdır, qalan hər şey yalan və fərziyyədir.

Siz asanlıqla bir qanunu, başqa bir qanunu, üçüncü qanun layihəsini götürə bilərsiniz və onları bir-biri ilə müqayisə edə bilərsiniz və görəcəksiniz ki, fəlakətli Amerika qanunu, fəlakətli rus qanunu var və “Xalqın Gücü” tərəfindən hazırlanmış qanun layihəsi var. Ola bilsin ki, çoxlu detallar müzakirə olunub, hərçənd qanun layihəsi bütövlükdə insan hüquqlarına tam uyğundur” -deyə Kobaxidze açıqlayıb.