İrakli Kobaxidze xalq müdafiəçiliyinə namizədliklə bağlı hakim komanda ilə müxalifət arasında konsensusa nail olmağın mümkün olub-olmayacağının həftənin sonuna kimi bilinəcəyini açıqlayıb
İrakli Kobaxidze xalq müdafiəçiliyinə namizədliklə bağlı hakim komanda ilə müxalifət arasında konsensusa nail olmağın mümkün olub-olmayacağının həftənin sonuna kimi bilinəcəyini açıqlayıb

 
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze xalq müdafiəçiliyinə namizədliklə bağlı hakim komanda ilə müxalifət arasında konsensusa nail olmağın mümkün olub-olmayacağının həftənin sonuna kimi bilinəcəyini açıqlayıb -bu barədə İrakli Kobaxidze jurnalistlərə brifinqdə danışıb.

“Parlament əksəriyyətində dünən məsləhətləşmələrimiz oldu, müəyyən mövqelər formalaşdı. Buna istinadən, yəqin ki, bu gün müxalifətlə məsləhətləşmələr olacaq və həftənin sonuna kimi nəsə aydın olmalıdır. Konsensusa nail olmağın mümkün olub-olmayacağını həftənin sonuna qədər bilməliyik. Təbii ki, təfərrüatları hələ açıqlaya bilmərik, çünki müxalifətlə keçiriləcək daxili məsləhətləşmələri gözləməliyik. Daha sonra müəyyən detallar ictimaiyyətə açıqlanacaq. Hələlik təfərrüat verə bilmərik. Bu təfərrüatlar müxalifətə bu gün açıqlanacaq. Ultimatumlar, məsələn, yalnız üç favoritlərinin olduğunu söyləmələri məsləhətləşməyi çətinləşdirir. Bu düzgün yanaşma deyil” – deyə Kobaxidze qeyd edib.

Xalq müdafiəçisi məsələsi ilə bağlı “Gürcü Arzusu” bu gün müxalifət təmsilçiləri ilə görüş keçirəcək və görüş zamanı parlament əksəriyyəti müxalifətə mövqeyini çatdıracaq.