İrakli Kobaxidze - xalq "Milli Hərəkat"ın ölkəmizdə sülhə necə qarşı çıxdığına şahid oldu, bu siyasi qüvvənin xalqın dəstəyinə malik olmaması təəccüblü deyil
“Milli Hərəkat”ın bu gün xalqın dəstəyinə malik olmaması təəccüblü deyil, bundan irəli gələrək onların küçədə heç bir resursu yoxdur- bu barədə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
“Biz hamımız “Milli Hərəkat”ın nə küçə resurslarına, nə də seçki resurslarına malik olduğunu görürük və bunun da eyni səbəbi var. Səbəb bu siyasi qüvvənin xalqın dəstəyinə malik olmamasıdır. İnsanlar bu siyasi partiya ilə bağlı hər şeyə, o cümlədən “Milli Hərəkat”ın ölkəmizdə sülhə necə qarşı çıxdığına olduqca yaxşı şahid oldular. Bundan irəli gələrək bu gün bu siyasi qüvvənin xalqın dəstəyinə malik olmaması təəccüblü deyil. Belə ki onların küçədə heç bir resursu yoxdur, “Milli Hərəkat” 24-də də aksiya elan edib, hərçənd burada da eyni mənzərəni görəcəyik” – deyə İrakli Kobaxidze açıqlayıb.