İrakli Kobaxidze - Kezeraşvili və Xazaradzenin "Mtavari arxi" ilə bağlı aralarındakı məsələni həll etdiklərinə dair əvvəlcədən məlumatımız var idi, bunu Q.Qabuniya da təsdiqlədi
Kezeraşvili və Xazaradzenin “Mtavari arxi” ilə bağlı aralarındakı məsələni həll etdiklərinə dair əvvəlcədən məlumatımız var idi, bunu Q.Qabuniya çıxışında təsdiqlədi -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb. Jurnalistlər Kobaxidzeyə “Mtavari arxi”nin baş direktoru Q.Qabunianın teleşirkətin artıq “Milli Hərəkat”ın teleşirkəti olmadığı barədə bəyanatı ilə bağlı sual veriblər.
Kobaxidzenin qeyd etdiyi kimi, “Mtavari arxi” indi təkcə “Milli Hərəkat” partiyasına deyil, kollektiv “Milli Hərəkat”a xidmət edəcək.
“Bu, bir növ oyundur. Kezeraşvili və Xazaradzenin “Mtavari arxi”ilə bağlı aralarındakı məsələni həll etdiklərinə dair əvvəlcədən məlumatımız var idi. Yəni, “Mtavari arxi” indi təkcə “Milli Hərəkat” partiyasına deyil, kollektiv “Milli Hərəkat”a xidmət edəcək. Bu həm Kezeraşvilinin xətti, həm də Xazaradzenin xətti olacaq. Bizdə bu barədə əvvəlcədən məlumat var idi və Q.Qabunianın çıxışı bunun təsdiqi oldu. Öz aralarında məsələni həll ediblər. Redaksiya siyasətinin necə davam edəcəyini görəcəksiniz, əlavə olaraq “Mtavari arxi”nin redaksiya siyasətində “Lelo”nun xətti özünü biruzə verəcək. Yeri gəlmişkən, buna maliyə də cəlb olunub. Bizdəki məlumata görə, Kezeraşvili ilə yanaşı, Xazaradze də kanalı maliyyələşdirəcək”- deyə İrakli Kobaxidze bildirib.