İrakli Kobaxidze Kedada təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri ilə tanış olub
Gürcüstanın baş naziri İrakli Kobaxidze Keda bələdiyyəsinin Pirveli Maisi kəndində təbii fəlakətin aradan qaldırılması işləri ilə tanış olub.
Baş nazir mərhum polis Temur Baramidzenin ailəsinə gedərək ailə üzvlərinə başsağlığı verib.
İrakli Kobaxidze ilə yanaşı, Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamugia, Gürcüstan hökumətinin regionlarla əlaqələr şöbəsinin müdiri Leri Barnabişvili, Acara Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze və yerli hökumət nümayəndələri də Keda bələdiyyəsində olublar.
Müəllif -
Mehemmed Bayramaliyev