İrakli Kobaxidze Kaxa Kaladze ilə birlikdə Gürcüstanın milli komandası ilə görüşüb və Millətlər Liqasının oyunları öncəsi onlara uğurlar arzulayıb
İrakli Kobaxidze Kaxa Kaladze ilə birlikdə Gürcüstanın milli komandası ilə görüşüb və Millətlər Liqasının oyunları öncəsi onlara uğurlar arzulayıb

 
Baş nazir İrakli Kobaxidze Tbilisinin meri Kaxa Kaladze ilə birlikdə Gürcüstanın milli komandası ilə görüşüb.

Hökumət başçısı milli komandanın futbolçularına Millətlər Liqasının oyunları öncəsi uğurlar arzulayıb.

Baş nazir Gürcüstanın milli komandasının futbolçuları ilə Dünya Çempionatına hazırlıq barədə də danışıb və ölkənin onların qələbəsi ilə dönə-dönə fəxr edəcəyinə inandığını qeyd edib.

Gürcüstanın milli komandası Millətlər Liqasında iki oyun keçirəcək – sentyabrın 7-də Mixeil Mesxi adına stadionda Çexiyanı qəbul edəcək, sentyabrın 10-da isə Tiranada Albaniya ilə qarşılaşacaq.

Məlumatı Gürcüstan hökuməti yayır.