İrakli Kobaxidze - çoxluq "Yayımlar haqqında" qanunun vetosunu dəf edəcək
Parlament çoxluğu “Yayımlar haqqında” qanunun vetosunu dəf etməyə hazırlaşır, – bu bəyanatı parlamentin sədri, İrakli Kobaxidze çoxluq ilə görüş başa çatdıqdan sonra verdi.
“Son olaraq qərar qəbul etdik ki, parlament çoxluğu vetonu dəf edəcək. Biz bu barədə əhatəli müzakirələr apardıq və qərar məhz elə bunun əsasında baş verdi.
Bu məsələ azad səsverməyə çıxarılmayacaq. Bu isə deməkdir ki, deputatların hamısı vetonun dəf edilməsini dəstəkləyəcək. İstisna bir neçə deputat olcaq.
Bu deputatlar son aylar ərzində öz qrqumentləri ilə qanunlayihəsinə qarşı çıxanlardır”, – İrakli Kobaxidze bəyan etdi.
Parlamentin sədri səsvermədə fərqli mövqeyini qeyd edən dörd deputatın soyadını açıqlad. Bunlar Roman Kakuliya, Levan Koberidze, Giorgi Osidze və David Çiçinadzedir. Lakin məlumdur ki, səsvermədə daha bir deputat, Nukri Kantariya iştirak etməyəcək.
Parlamentin sədri açıqlayır ki, onların fikrincə, dəyişikliklər yayımçının irıliləyişinə yardım edəcək.
“Veto iki məsələyə qoyulubdur. Biri satınalmalardır. Bununla bağlı biz mövqələri çoxluq arasında razılaşdırdıq. Reklama gəldikdə – bu dəyişiklik büdcənin təxminən bir milyondan iki miyona qədər artmasını nəzərdə tutur”, – İrakli Kobaxidze açıqlayır.