İrakli Kobaxidze - Çox böyük ehtimalla dekabrda bizə namizəd statusu veriləcək
Çox böyük ehtimalla dekabrda bizə namizəd statusu veriləcək – “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, praktiki olaraq bu qərar artıq yetişməkdədir.
“Statusla bağlı gözləntilər yaxşılaşıb, nikbinlik üçün daha çox əsasımız var və praktiki olaraq, bu qərar artıq yetişməkdədir. Çox böyük ehtimalla dekabrda bizə namizəd statusu veriləcək” – deyə İrakli Kobaxidze bildirib.