İrakli Kobaxidze -cəmiyyət qarşısında heç kimə ölkədə sülhü pozmağa imkan verməyəcəyimizlə bağlı götürdüyümüz öhdəlik var
İrakli Kobaxidze -cəmiyyət qarşısında heç kimə ölkədə sülhü pozmağa imkan verməyəcəyimizlə bağlı götürdüyümüz öhdəlik var

 

Ötən ilin fevralın 24-dən bu günə qədər bu insanlar dəfələrlə ölkəmizdə vəziyyəti qarışdırmağa cəhd ediblər, bunun yeganə məqsədi – tapşırığa uyğun hərəkət etmək və vəzifəsi ölkədə sabitliyi pozmaqdır, bunun da son məqsədi ikinci cəbhədir – bu barədə fevralın 24-də Rustaveli prospektində keçirilməsi planlaşdırılan aksiya ilə bağlı sual ünvanlanan “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze bütün bunlar barədə konkret məlumatlara istinadən danışdıqlarını bildirib.

“Bu halda da cəhdin yeganə məqsədi vəziyyəti qarışdırmaq, ölkədə asayişi və sülhü pozmaqdır ki, bu da onların son məqsədidir. Təbii ki, biz onlara bunu etməyə imkan verməyəcəyik. Bizim cəmiyyət qarşısında heç kimə ölkədə sülhü pozmağa imkan verməyəcəyimizlə bağlı götürdüyümüz öhdəlik var” – deyə İrakli Kobaxidze açıqlayıb.

Müxalifət partiyalarının və müxtəlif sahələrin nümayəndələri əhalini fevralın 24-də Rustaveli prospektində aksiyaya çıxmağa çağırıblar.

“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin dünən dediyi kimi, onların Avropa və Avro-Atlantik Alyans ilə güclü və vahid Gürcüstan qurmaq üçün sarsılmaz iradəsinin heç vaxt dəyişməyəcəyini hamının başa düşməsi üçün bir araya gəlməlidirlər.