İrakli Kobaxidze - Əsas odur ki, NATO-ya üzv olmağımızı tezləşdirək və bu milli maraqlarımızı nəzərə alaraq baş versin
Əsas odur ki, NATO-ya üzv olmağımızı tezləşdirək və bu milli maraqlarımızı nəzərə alaraq baş versin, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli kobaxidze Vaşinqtonda rəsmi səfərinin başa çatmasından sonra “Amerikanın səsinə” verdiyi müsahibısində bəyan etdi.
Jurnalistin sualı Heritage Foundation tərəfindən Luk Koffinin yaydığı bəyanatına aid idi. Luk Koffi bəyan etmişdir ki, Gürcüstanın NATO-ya üzv olması ABŞ-ın maraqlarındadır və kollektiv müdafiə haqqında NATO-nun beşinci maddəsinin işğal olunmuş ərazilərdə münaqişənin sülh yolu ilə həll olumamasına qədər yayılmaması şərtini müzakirə edir.
İrakli Kobaxidzenin bəyanatına görə, hər bir məsələ müzakirə əlaməti ola bilər. Lakin əsas odur ki, Gürcüstan öz milli maraqlarına, o cümlədən ərazi bütövlüyünün bərpası maraqlarına zidd siyasi addımlar atmasın.
“Bizim məqsədimiz NATO-ya üzv inteqrasiya templərini sürətləndirməkdir. Bu istiqamətlə atılan hər bir addım, bizim strateji partnyorlarımız ilə əməkdaşlıq və məsləhətləşmələr əsasında baş verəcək. Bizə partnyorlarımız ilə müzakirələr lazım olacaq. Bizim milli prioritetlərimiz var və bu prioritetlər qərarlarımızda müvafiq olaraq əks olunacaq.
Hər bir məsələ müzakirə əlaməti ola bilər. Əsas prioritetimiz ərazi bütövlüyünün bərpasıdır. Bu prioritet və məqsədimizə heç bir halda yenidən baxılmayacaq. Əsas odur ki, NATO-ya üzv olmağımızı tezləşdirək və bu milli maraqlarımızı nəzərə alaraq baş versin.
Əsas odur ki, öz milli maraqlarına, o cümlədən ərazi bütövlüyünün bərpası maraqlarına zidd siyasi addımlar atmayaq. Başqa halda biz, NATO-ya üzv olmağımızı tezləşdirən istənilən təşəbbüsə hazırıq”, – İrakli Kobaxidze qeyd etdi.
Jurnalistin Buxarest sammitindən 10 il sonra Gürcüstan NATO ilə əlaqələrdə hansı mərhələdədir sualına cavab olaraq, Gürcüstan Parlamentinin sədri bəyan etdi ki, son 10 il ərzində Gürcüstanın NATO ilə sıx əməkdaşlığı var. Elə onun dediyinə görə, aliyansa üzv olmaq üçün Gürcüstan islahatlar həyata keçirir.