İrakli Kobaxidze - İyulda 13%-lik iqtisadi artımımız oldu, iqtisadi artımın yüksək tempini qoruyub saxmaq əsasdır, bu da işsizlik və yoxsulluğun aradan qaldırılmasının ən yaxşı yoludur
İyulda 13%-lik iqtisadi artımımız oldu, müvafiq olaraq yeddi ayın orta artımı 9,7% təşkil etdi – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin qeyd etdiyi kimi, bu, Avropada, region ölkələri arasında ən yüksək göstəricidir.
“Bizim üçün məhz bu iqtisadi artımın yüksək tempini qoruyub saxmaq əsasdır, bu da, təbii ki, işsizlik və yoxsulluğun aradan qaldırılmasının ən yaxşı yoludur. Bütün bunlar, əlbəttə, ölkəmizdə rifahın keyfiyyətini tədricən yüksəldəcək” – İrakli Kobaxidze bildirib.