İrakli Kobaxidze -İstəyimiz və məqsədimiz Çinlə müxtəlif səviyyələrdə, müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir, potensial çox böyükdür
İrakli Kobaxidze -İstəyimiz və məqsədimiz Çinlə müxtəlif səviyyələrdə, müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir, potensial çox böyükdür

 
İstəyimiz və məqsədimiz Çinlə müxtəlif səviyyələrdə, müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir, əlbəttə ki, siyasi əməkdaşlıq vacibdir, bizim iqtisadiyyat sahəsində xüsusi potensialımız var, bu potensialdan maksimum istifadə etməliyik -“Gürcü Arzusu”nun sədri, hakim partiyanın nümayəndə heyətinin rəhbəri İrakli Kobaxidze Çin Xalq Respublikasına səfərini yekunlaşdırarkən bu sözləri deyib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, ötən il Çinlə imzalanmış strateji tərəfdaşlıq sazişi bütün sahələrdə tərəfdaşlığın dərinləşməsi üçün olduqca yaxşı zəmin yaradır.

“Bu gün biz Çinə səfərimizi başa vurduq, hakim partiyanın xarici komandasının rəhbərliyi, nazir, nazir müavini, eləcə də ticarət nazirinin müavini, Ümumçin Xalq Konqresinin sədr müavini, Şanxay şəhərinin rəhbərliyi ilə çox səmərəli görüşlərimiz oldu. Potensial böyükdür. İstəyimiz və məqsədimiz Çin ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir. Ötən il strateji tərəfdaşlıq sazişi imzalanıb ki, bu da tərəfdaşlığın bütün sahələrdə dərinləşməsi üçün yaxşı zəmin yaradır. Siyasi əməkdaşlıq vacibdir, bizim iqtisadiyyat sahəsində xüsusi potensialımız var, biz bu potensialdan maksimum istifadə etməliyik”- deyə İrakli Kobaxidze bildirib.