İrakli Kobaxidze - istənilən ölkənin qanunvericiliyinə görə, əgər bir şəxs başqa ölkənin müdafiə qüvvələrinə yazılırsa, bu, vətəndaşlığın itirilməsi üçün əsasdır
İrakli Kobaxidze - istənilən ölkənin qanunvericiliyinə görə, əgər bir şəxs başqa ölkənin müdafiə qüvvələrinə yazılırsa, bu, vətəndaşlığın itirilməsi üçün əsasdır

 
Bir şəxs başqa ölkənin müdafiə qüvvələrinə qoşularsa, bu, vətəndaşlığın itirilməsi üçün hüquqi əsasdır. Burada könüllülərdən söhbət getmir, söhbət müdafiə qüvvələrinə yazılmaqdan gedir- bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.

Kobaxidze bildirib ki, istənilən ölkənin qanunvericiliyinə görə, əgər bir şəxs başqa ölkənin müdafiə qüvvələrinə yazılırsa, bu, vətəndaşlığın itirilməsi üçün əsasdır.

“Kimsə Gürcüstandan gedərək, məsələn, Ukrayna Müdafiə Qüvvələrinə yazılırsa, belə çıxır ki, o, Ukrayna vətəndaşı olur. Məsələn, kiminsə Gürcüstanda müdafiə qüvvələrinə qoşulması üçün şəxsin bu ölkənin vətəndaşı olması zəruridir. Müdafiə qüvvələri əsasən suverenliklə bağlıdır, məncə, heç yerdə qeyri-vətəndaşın hərbi xidmətə yazılması baş vermir. Əvvəlcə deyirdilər ki, gürcüləri Ukraynaya pul müqabilində aparmırlar, hərçənd sonda başqa bir şey ortaya çıxdı və indi deyirlər ki, bunda xüsusi heç nə yoxdur. Bütün bunları cəmiyyət dəyərləndirməlidir. Mən yarı könüllülərə inanmıram, insan ya könüllüdür, ya da pul müqabilində nəsə edir”-deyə Kobaxidze açıqlayıb.