İrakli Kobaxidze - istənilən ölkədə istənilən hakimiyyət subyektiv olaraq da ölkəni sülh yolu ilə idarə etməkdə maraqlıdır, bundan irəli gələrək qütbləşmənin kimin işinə yaradığı aydındır
İrakli Kobaxidze - istənilən ölkədə istənilən hakimiyyət subyektiv olaraq da ölkəni sülh yolu ilə idarə etməkdə maraqlıdır, bundan irəli gələrək qütbləşmənin kimin işinə yaradığı aydındır

 
İstənilən ölkədə istənilən hakimiyyət subyektiv olaraq da ölkəni sülh yolu ilə idarə etməkdə maraqlıdır, bundan irəli gələrək qütbləşmənin kimin işinə yaradığı aydındır -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze tövsiyələrin icrası ilə bağlı hesabat təqdim edəcəyi mətbuat konfransında danışıb.

O, yalnız hakimiyyətin qütbləşməyə son qoya bilməyəcəyini deyib.

“Kobud ritorikaya gəlincə, bu, olduqca mürəkkəb məsələdir, bu problemi birtərəfli qaydada həll edə bilməzsiniz. Qarşı tərəfdən təbii ki, müxalifətdən bəhs edirəm, gah rusiyapərəst, gah rus, Putinist və sair deyirlər, bütün bunlara cavab verməmək mümkün deyil. Bundan irəli gələrək, problemi həll etmək çətindir. İstənilən hakimiyyət istənilən ölkədə subyektiv olaraq da qütbləşmənin olmamasında, ölkəni dörd il sülh yolu ilə idarə etməkdə maraqlıdır. Bu, təkcə obyektiv maraq deyil, həm də hakimiyyətin subyektiv marağıdır, sülh hakimiyyətin subyektiv maraqlarına uyğundur. Bundan irəli gələrək qütbləşmənin kimin işinə yaradığı aydındır. Qütbləşmə deyilən şey əslində radikalizmdir. Qütbləşmə sadəcə olaraq müxalifətə və iqtidara məsuliyyət yükləyən bir termindir. Əslində problem radikalizmdir. Müxalifət sizə rus, Putinist və sairə deyəndə, cavab verməyə məcbur olursunuz. Təəssüf ki, bu davam edir. Bu proses qapalı bir dövrədir. Mən qapalı dairəni necə qıracağımı bilmirəm, amma bütün hallarda namizəd statusunun verilməsi qütbləşmənin dərəcəsini azaltmaqda çox müsbət rol oynayacaq” – deyə İrakli Kobaxidze açıqlayıb.