İrakli Kobaxidze - İşğal altında olan Qali rayonunda baş verən faciənin hər birimizin başına gətirdiyi ağrıları sözlə ifadə etmək mümkün deyil
İrakli Kobaxidze - İşğal altında olan Qali rayonunda baş verən faciənin hər birimizin başına gətirdiyi ağrıları sözlə ifadə etmək mümkün deyil

Gürcüstanın baş naziri İrakli Kobaxidze işğal altında olan Abxazetinin Qali rayonunun Saberio kəndində baş verən faciədən kədərləndiyini bildirib.

İrakli Kobaxidze Gürcüstan hökuməti adından yanğın nəticəsində həlak olan uşaqların ailəsinə, yaxınlarına və ictimaiyyətinə başsağlığı verir və dəstəyini bildirir.

“İşğal altında olan Qali rayonunun Saberio kəndində baş verən faciənin hər birimizə gətirdiyi böyük ağrını sözlə ifadə etmək mümkün deyil. Yanğın nəticəsində həlak olan uşaqların ailələrinə, onların yaxınlarına və bütün cəmiyyətimizə Gürcüstan hökuməti və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir və dəstəyimi bildirirəm”. – Kobaxidzenin bəyanatında deyilir.

Rusiyanın işğal etdiyi Qali rayonunun Saberio kəndində baş verən yanğında 5 uşaq ölüb.