İrakli Kobaxidze - inqilabi ssenari üçün istifadə etmək məqsədilə ölkənin namizəd statusu almaması radikal müxalifəti maraqlandıran yeganə məsələdir
İnqilabi ssenari üçün istifadə etmək məqsədilə ölkənin namizəd statusu almaması radikal müxalifəti maraqlandıran yeganə məsələdir- bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, ötən il iyulda da eyni ssenari olub və uğursuzluğa düçar olublar.
“Burada da uğursuz olacaqlar, lakin maksimum ehtiyatlı olmaq lazımdır. DTX-nin təxribatlarla bağlı açıqlamasına qulaq asın, hər cür təxribata gedəcəklər. Heç nə olmayan, müxalifətin zəif olduğu ölkələrdən biri idi. Bu inqilabi proseslərə rəhbərlik edən gənc tələbələrdən birinin əvvəlcə PR -ı aparıldı və daha sonra hərəkatın başına gətirildi və ilk bu gənc oğlanı qərtlə yetirdilər. Bundan sonra partlayış və proseslər oldu, inqilab təşkil etdilər. Onlar hər şeyi edəcəklər, adam öldürəcəklər, partladacaqlar, hər şeyi edəcəklər, çünki onlar üçün ukraynalılaşma özlüyündə məqsəddir, biz agentlərin və onların tapşırıqlarının yolu ilə gedə bilmərik”-deyə Kobaxidze bildirib.