İrakli Kobaxidze İlia Darçiaşvili ilə birlikdə İrana səfər edib
İrakli Kobaxidze İlia Darçiaşvili ilə birlikdə İrana səfər edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze xarici işlər naziri İlia Darçiaşvili ilə birlikdə İranın İslam Respublikasına səfər edib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı və xarici işlər nazirliyinin rəhbəri İranın İslam Respublikasının prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər dövlət rəsmilərinin dəfn mərasimində iştirak edəcəklər.