Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti Zaqulba sarayında keçirilən təkbətək görüşdə Gürcüstan hökumətinin başçısını hakim komandanın parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud strateji tərəfdaşlığa, o cümlədən Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələrə diqqət yetirilib.
İqtisadiyyat, nəqliyyat və energetika sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, eləcə də əlaqələrin vacibliyi və bu istiqamətdə Gürcüstanın rolu vurğulanıb.
Gürcüstanın Baş naziri Gürcüstan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və iki ölkənin tərəfdaşlığının çox möhkəm təmələ malik olduğunu qeyd edib.
O, xüsusilə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin vacibliyini vurğulayıb. Baş nazir Gürcüstanın gələcəkdə regionda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.